Bakının azad olunması paytaxtın küçələrində qeyd edildi - FOTOLAR + VİDEO - YENİLƏNİB

 Bakının azad olunması paytaxtın küçələrində qeyd edildi -  FOTOLAR + VİDEO - YENİLƏNİB
  15 Sentyabr 2021    Oxunub:3061
Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında keçirilən yürüşü başa çatıb
Azvision.az xəbər verir ki, Şəhidlər xiyabanında Türk şəhidləri abidəsinin önündən başlayan yürüş İçərişəhər metrosu-İqtisadiyyat Universitetinin binası-Qala Qapısı-“AzNeft” dairəsi marşrutu ilə davam edib və Bəhram Gurun heykəlinin önündə yekunlaşıb.

***
Bu gün Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında yürüşləri təşkil edilir.

Azvision.az xəbər verir ki, hAzvision.az xəbər verir ki, tədbir Şəhidlər xiyabanında Türk şəhidləri abidəsinin önündən start götürüb.

Əvəlcə Türkiyənin bir qrup generalı Türk şəhidləri abidəsinin önünə əklil qoyub. Daha sonra hərbi orkestrın müşayiəti ilə Türkiyənin və Azərbaycanın Dövlət himni səsləndirilib.

"Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında keçirilən yürüş İçərişəhər metrosu-İqtisadiyyat Universitetinin binası-Qala Qapısı-“AzNeft” dairəsi-Bəhram Gur heykəli marşrutu ilə davam edəcək.



















Digər şəkillərə fotolentdə baxa bilərsiniz:

Foto:Anar Bayramlı
Video: Əhməd Xəlilov

Azvision.az

Qalereya




Teqlər: Bakı   İldönümü   Yürüş  





Xəbər lenti