Si Cinpin Co Baydenlə görüşdən imtina edib

      Si Cinpin Co Baydenlə görüşdən imtina edib
  15 Sentyabr 2021    Oxunub:1289
Bir neçə gün əvvəl ABŞ prezidenti Co Bayden Çinin sədri Si Cinpinə şəxsən görüşməyi təkilf etsə də, qarşı tərəf onun təşəbbüsünə müsbət cavab verməyib. Azvision.az xəbər verir ki, bu barədə yazan “Financial Times” nəşri sentyabrın 9-da onların telefon danışığından xəbərdar olan mənbələrin məlumatına istinad edib.
Amerika tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı bir saat yarım çəkib. Bu Co Baydenin prezidentliyi ərzində ABŞ və Çin liderlərinin ikinci danışığı idi. Birinci belə söhbət yeddi ay əvvəl olmuşdu. Məqalədə Vaşinqtonla Pekin arasındakı münasibətlərdə yaranmış dalandan çıxmaq üçün Co Baydenin zirvə görüşü keçirməyi təklif etdiyi bildirilir. Lakin bunun qarşlığında Si Cinpin ABŞ-ın Çinə münasibətdə aqressiv ritorikanı səngitməsi məsələsində təkid göstərib.

Yazıda qəzetin həmsöhbətlərindən birinə istinadən o da bildirilir ki, Bayden Çinin sədri ilə gələcək qarşılıqlı əməkdaşlıq imkanlarından biri kimi sammit təklifini irəli sürüb. Ancaq əslində Ağ Ev buna dərhal cavab verilməyəcəyinə irəlicədən hazır idi.

Pekinin zirvə toplantısı keçirməkdən imtina etməsinin səbəbləri barədə “Financial Times”ın həmsöhbətləri vahid rəyə gələ bilmirlər. Bununla belə, səbəblər arasında koronavirus təhlükəsi fonunda sağlamlıqla bağlı riskin olması da xatırlanır. Misal kimi hələ pamdemiyaya qədər Myanmaya səfərdə olmuş Si Cinpinin 2020-ci ilin yanvarından indiyədək Çini tərk etmədiyi göstərilir.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Bayden   Si-Sinpin  





Xəbər lenti