"Əvvəlki ordunu qurmağımız üçün yüz illər lazım gələcək"- Babayan

   "Əvvəlki ordunu qurmağımız üçün yüz illər lazım gələcək"-   Babayan
  15 Sentyabr 2021    Oxunub:1589
Ermənistan parlamentinin sabiq deputatı Vahan Babayan 44 günlük müharibədən sonra erməni ordusunun, ümumilikdə ölkənin rəzil duruma düşməsindən gileylənib.
Azvision.az xəbər verir ki, erməni siyasətçi İrəvanın İkinci Qarabağ müharibəsindən sonra hələ də özünə gələ bilməməsindən gileylənərək deyib ki, Ermənistan bundan sonra bir də çətin müstəqil bir ölkə ola. Babayan nostalgiyaya qapılaraq köhnə parad fotolarından birini paylaşaraq yazıb:

"Bu son hərbi paradımızdır. Hakimiyyətdə olmuş keçmiş siyasətçilər hər yerə zəhər tökmələrinə, sizi təqib edib, gözdən salmalarına baxmayaraq onlar qalib ölkənin rəhbərləri və əsgərləri idilər. Siz təslim oldunuz. Onlar isə müstəqilliyin 25 illiyini hərbi paradla qeyd etmişdilər. İndi sizin bu bayramı qeyd edəcək bir şeyiniz yoxdur. Qarabağı, ölkəmizi məhv etdiniz, bütün bir nəsli qırdınız. İndi isə rəngarəng bir bayram keçirməyə çalışırsınız.

Həmin məşhur paradımızdan beş il sonra tamamilə fərqli bir ölkədə yaşayırıq. Kim bilir, ermənilərin həmin ordunu, müstəqil bir dövləti yenidən qurması üçün neçə onilliklər, bəlkə də yüz illər lazım olacaq.Bu şəkillərə baxın. O bizim son hərbi paradımız idi..."

Tural Tağıyev
Azvision.az



Teqlər: Parad   Ermənistan   Ordu  





Xəbər lenti