Şuşada hərbi yürüş keçirilib

   Şuşada hərbi yürüş keçirilib
  15 Sentyabr 2021    Oxunub:784
Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Şuşa şəhərində hərbi yürüş keçirilib.
Azvision.az -ın məlumatına görə, hərbi qulluqçular orkestrin müşayiəti ilə yürüş ediblər.
Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Azvision.az


Teqlər: Şuşa  





Xəbər lenti