Ukrayna Türkiyədən 4 PUA kompleksi alır: Hər kompleksdə 24 "Bayraktar" olacaq

      Ukrayna Türkiyədən 4 PUA kompleksi alır:   Hər kompleksdə 24 "Bayraktar" olacaq
  15 Sentyabr 2021    Oxunub:946
Ukrayna Türkiyədən yeni Pilotsuz Uçuş Aparatları (PUA) alacaq. Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general-leytenant Valeriy Zalujnı məlumat verib.
O bildirib ki, ölkəsi 2021-2022-ci illərdə Ukrayna ordusunun ehtiyacları üçün "Bayraktar TB2"-lərin daha dörd kompleksini alacaq. Hər kompleksdə 24 "Bayraktar TB2" olacaq. Hazırda Ukrayna Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin arsenalında isə Türkiyə istehsalı olan PUA-ların iki kompleksi (12 təyyarə-red.) var.

Zalujni deyib ki, "Bayraktar"ların alınması hələ işin yarısıdır. Onun sözlərinə görə, hər şeydən öncə aparatlarla səmərəli işləməyi öyrənmək lazımdır.



Ukrayna Müdafiə Nazirliyi mətbuat xidmətinin məsələ ilə bağlı yaydığı məlumatda isə deyilir:

-Bu il Müdafiə Nazirliyinin sifarişi ilə bir kompleks alındı. Bundan əlavə, 2021-2022-ci illərdə Silahlı Qüvvələrin ehtiyaclarını ödəmək üçün daha dörd belə kompleksin alınması planlaşdırılır. Gələcəkdə arsenalımızı yerli istehsallı pilotsuz uçuş aparatları ilə genişləndirməyi planlaşdırırıq".

Tural Tağıyev
Azvision.az



Teqlər: Bayraktar   Ukrayna   PUA  





Xəbər lenti