Azərbaycanda 2064 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb

   Azərbaycanda  2064 nəfər COVID-19-a yoluxub,  28 nəfər ölüb
  15 Sentyabr 2021    Oxunub:1031
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2064 yeni yoluxma faktı qeydə alınıb, 3831 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 465 390 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 420 025 nəfər müalicə olunaraq sağalıb, 6 195 nəfər vəfat edib, aktiv xəstə sayı 39 170 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 972, ötən müddət ərzində isə ümumilikdə 4 690 082 test aparılıb.

Azvision.az



Teqlər: Azərbaycan   Virus  





Xəbər lenti