Faciəvi şəkildə həlak olan hərbçimizə şəhid statusu verildi

   Faciəvi şəkildə həlak olan hərbçimizə    şəhid statusu    verildi
  15 Sentyabr 2021    Oxunub:1973
Faciəvi şəkildə həlak olmuş Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Miriyev Telman Mirbaba oğluna şəhid statusu verilib.
Azvision.az xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin zabiti olan Telman Miriyev 2016-ci il oktyabrın 27-də hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində faciəvi şəkildə həlak olub.

Şəhidin 10 yaşlı qızı Zeynəb Miriyeva Prezidentə müraciət edərək, atasının şəhid kimi tanınmasını xahiş edirdi.

Prezident İlham Əliyev onun övladının çağırışına biganə qalmayıb və Telman Miriyevə şəhid statusu verilib. Bu barədə mərhum komandirin əsgəri olmuş Elnur Ağayev məlumat verib.

"Komandirimin anası Xanımgül xanım ilə tez-tez əlaqə saxlayıram. Onun mənə verdiyi son məlumat, "Telmana şəhid statusu verildi" xəbəri oldu. Şəhidin anasının, həmçinin öz adımdan Prezidentə və Birinci vitse-prezidentə təşəkkür edirəm", - E.Ağayev bildirib.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü T.Mirzəyev Cəlilabad rayonunun Günəşli kəndində anadan olmuşdu.

Azvision.az



Teqlər: Şəhid  





Xəbər lenti