Yasamalda insan sümükləri aşkarlanıb

   Yasamalda insan sümükləri aşkarlanıb
  15 Sentyabr 2021    Oxunub:1618
Bakının Yasamal rayonunda 3 ədəd insan skeleti aşkar olunub.
Bu barədə Azvision.az - a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Qanlı göl”ün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələri aşkar edilib. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.

İş üzrə məhkəmə-tibb ekspertiza təyin edilib.

Faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Azvision.az



Teqlər: BaşProkurorluq  





Xəbər lenti