"Koçaryanın Moskva səfərindən sonra yeni çevriliş cəhdi olacaq"- Xzmalyan

   "Koçaryanın Moskva səfərindən sonra yeni çevriliş cəhdi olacaq"-   Xzmalyan
  16 Sentyabr 2021    Oxunub:1070
Ermənistanın keçmiş prezidenti, müharibə cinayətkarı Robert Koçaryanın yenidən Rusiyaya getməsi bir sıra suallar yaradıb. Parlament seçkilərindən öncə Kremlə baş çəkən eks-prezidentin hədəfləri bəlli idi. İndiki halda Koçaryanın Moskvada peyda olmasının arxasında hansı məqamların dayanması bir qədər müəmmalı qalıb.
Azvision.az xəbər verir ki, yerli media da radikal baxışları ilə seçilən Koçaryanın Rusiyaya çağırılması, onun himayədarlarından nələri istəməsi ətrafında baş sındırır.

Koçaryan Moskvaya gedir
Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan mətbuata verdiyi açıqlamada Koçaryanın Moskva səfərindən sonra hansı hadisələrin cərəyan edəcəyi ilə bağlı suala maraqlı şəkildə cavab verib. O, "FaktorTV"-nin efirində çevriliş ehtimalının artdığını iddia edib.

- Bu səfərin ardınca yeni bir dövlət çevrilişi cəhdi gələcək. İndiki parlamentin artıq fəaliyyət göstərə bilmədiyini görürük. Bunu ilk gündən deyirəm. Bu proseslərdə böyük bir təhlükə var, çox dəqiqliklə hərəkət etməliyik. Niyə? Çünki erməni cəmiyyəti aydın şəkildə başa düşməlidir ki, Paşinyan hökumətini devirsək, texniki cəhətdən bir transformasiya əldə edəcəyik. Yəni indiki birinci qüvvəni ikinci, üçüncü, dördüncü qüvvələr əvəz edəcək. Bizə yalnız bu qüvvələrin nə olduğunu xatırlamaq qalır. Moskvanın isə belə bir durumda hansı yolu tutacağını anlayacağıq. Şiddətli müdaxilə mümkündür.

Qeyd edək ki, bu günlərdə Rusiyanın hakim Vahid Rusiya Partiyası Ermənistanın keçmiş Prezidenti, müxalif “Ermənistan” Alyansının rəhbəri Robert Koçaryanı Moskvaya dəvət edib. Partiyanın Robert Koçaryanı siyasi məsləhətləşmələr üçün Moskvaya çağırıb.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Rusiya   Koçaryan   Çevriliş  





Xəbər lenti