"Ən ucqar kəndlərimizdə modul tipli məktəblər tikilir" - Nazir müavini

   "Ən ucqar kəndlərimizdə modul tipli məktəblər tikilir" -    Nazir müavini
  16 Sentyabr 2021    Oxunub:1571
"Azərbaycanda hazırda 4400-dən çox məktəb var. Bu məktəblərin əksəriyyəti rayonlarda, kəndlərdə yerləşir. Bunlar bizə Sovet İttifaqı dövründən miras qalıb. O vaxt o məktəblər uyğun olmayan binalarda formalaşmışdı. Buna görə yeni məktəblərin tikintisi və təmiri davam etdirilir".
Azvision.az xəbər verir ki, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim zamanı Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib. Onun sözlərinə görə, son 15 ildə 3500-dən çox yeni məktəb tikilib və əsaslı təmir olunub:

"Bundan sonra da xüsusi investisiya proqramına uyğun olaraq ölkəmizin bütün məktəbləri müasir tələblər səviyyəsində əsaslı təmir olunacaq və harada lazım olarsa, yeniləri tikiləcək. Bildiyiniz kimi, ən ucqar kəndlərdə modul tipli məktəblərin də tikintisi davam etdirilir".

Gənclərin təhsili üçün ölkədə hər cür şəraitin yaradıldığını deyən nazir müavini qeyd edib ki, yeni tədris ili pandemiya dövründə qaydalara uyğun həyata keçiriləcək.

"Hər bir şagird və müəllimin təhlükəsizliyi üçün lazımi tədbirlər görüləcək. Müəssisələrdə dezinfeksiya işləri aparılacaq, müəllim və şagirdlərin hərarəti yoxlanılacaq, müəllim məktəbə COVID pasportu ilə buraxılacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti