Beşinci siniflər üçün yeni təbiət dərsliyi hazırlanacaq

  16 Sentyabr 2021    Oxunub :345
   Beşinci siniflər üçün yeni təbiət dərsliyi hazırlanacaq
"Beynəlxalq qiymətləndirmələrin nəticəsi zamanı məlum oldu ki, şagirdlərin təbiət fənnləri üzrə bilikləri nisbətən zəifdir. Bu məqsədlə "Azərbaycanda ümumi təhsilin dövlət standartlarında" təbiət fənninin təliminə qərar verilib".
Azvision.az xəbər verir ki, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Təhsil İnstitunun direktoru Rüfət Əzizov bildirib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin dəstəyi ilə "Təbiət-5" dərslik komplekti hazırlanaraq ölkə üzrə 132 məktəbdə pilot sınağa təhvil verilib.

"Yeni dərslik V siniflərdə tədris olunacaq. Dərslik ilk dəfə tətbiq edildiyindən bu fənni tədris edəcək pilot siniflərin müəllimlərini təlimləndirmək məqsədi ilə dərslik müəllifləri tərəfindən treyninqlər təşkil edilib. Bu dərsliyin gələcəkdə VI siniflərdə də keçirilməsi nəzərdə tutulur. VII sinifdən isə təbiət fənləri kimya, biologiya və fizika fənləri olaraq ayrılacaq".

Aytən Zəhra
Azvision.az

Teqlər: Fənn   Dərslik  







Xəbər lenti