Bakıda 29 yaşlı şəxs qətlə yetirilib

  16 Sentyabr 2021    Oxunub :295
Bakıda 29 yaşlı şəxs qətlə yetirilib
Sentyabrın 15-i saat 01 radələrində 1992-ci il təvəllüdlü Cabir Abulovun bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu Rayon Prokurorluğundan Azvision.az -a verilən məlumata görə, aparılan araşdırmalarla 1975-ci il təvəllüdlü İlqar İsmayılovun aralarında yaranmış münaqişə zamanı Cabir Abulova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlqar İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: Qətl  







Xəbər lenti