Azərbaycanda "mü" ştamına yoluxma qeydə alınmayıb

   Azərbaycanda "mü" ştamına yoluxma qeydə alınmayıb
  16 Sentyabr 2021    Oxunub:905
Koronavirusun yeni variantları çıxır, virus mutasiya olur: “Son variant “Delta” ştammı ən son yaşanan dalğanın səbəbkarıdır. Bu ştamm çox sürətlə yayılır. Bütün dünyada insanlar eyni səviyyədə peyvənd olmasa, yeni ştamlar yaranmağa davam edəcək. Dünyada isə hər kəsə peyvənd bərabər paylanmır.
Azvision.az -ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının "mü" ştamı ilə yoluxma faktı qeydə alınmayıb, "Mü" ştamının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır: "Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un "mü" ştamı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti