Dövlət Departamenti üçün 36,4 milyonluq zirehli avtomobillər hazırlanır

   Dövlət Departamenti üçün    36,4 milyonluq zirehli avtomobillər    hazırlanır
  16 Sentyabr 2021    Oxunub:1635
"GM Defense" şirkəti ABŞ Dövlət Departamenti üçün 10 zirehli avtomobilin istehsalına dair keçirilən tenderdə qalib olduğunu açıqlayıb.
Azvision.az xəbə verir ki, "GM Defence"in saytında verilən məlumata görə bununla bağlı 36,4 milyon dollar dəyərində müqavilə imzalanıb.

Eyni zamanda, 2023 -cü ildən "GM"-nin törəmə şirkəti Dövlət Departamentinin təhlükəsizlik xidməti üçün doqquz il ərzində 200 ağır tipli "Suburban"- yolsuzluq avtomobilinin istehsalını nəzərdə tutan başqa bir müqavilə imzalamağı planlaşdırır. Şirkət nümayəndələri istehsal müqaviləsinin maliyyələşdirilmə məbləğini açıqlamayıblar. Həddindən artıq güclü nəqliyyat vasitəsi olan bu "Suburban"lar unikal bir müdafiə missiyasını yerinə yetirmək üçün hazırlanır. İlk 10 yolsuzluq avtomobili və iki sınaq nəqliyyat vasitəsi Miçiqan ştatının Milford şəhərindəki "GM Proving Grounds"da hazırlanaraq sınaqdan keçiriləcək.

Tural Tağıyev
Azvision.az



Teqlər: Avtomobil   Dövlət-Departamenti  





Xəbər lenti