Azərbaycan-Türkiyə birgə təlimləri başa çatıb - VİDEO
Döyüş təyyarələrinin taktiki-texniki imkanlarından bacarıqla istifadə edərək təlimdə verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların fəaliyyəti baza komandiri tərəfindən yüksək qiymətləndirilib. Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkdirilib. Qeyd edək ki, birgə təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd “MİQ-29” qırıcı və 2 ədəd “SU-25” hücum təyyarələri cəlb edilib.
Azvision.az