Müəllimlərin işə qəbulu müsabiqəsi bir neçə dəfə keçiriləcək

   Müəllimlərin işə qəbulu müsabiqəsi bir neçə dəfə keçiriləcək
  16 Sentyabr 2021    Oxunub:1091
"Gələcəkdə müəllimlərin işə qəbul müsabiqəsinin il ərzində bir yox, bir neçə dəfə keçirilməsi nəzərdə tutulur. Bəzən MİQ müsabiqəsində namizəd imtahana gecikir, ya qanun pozuntusu edir, ya aşağı bal toplayır deyə yenidən imtahan vermək istəyir. Bütün bunları nəzərə alaraq il ərzində bir neçə dəfə MİQ müsabiqəsi etmək istəyirik".
Azvision.az xəbər verir ki, bu fikirləri İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

Mərkəz rəhbəri əlavə edib ki, yeniliklərlə bağlı müvafiq infrastruktur olmalıdır: "Hazırda bu istiqamətdə müzakirələr gedir. MİQ-də istifadə olunan sualların məzmunu ilə bağlı hər hansı dəyişikliyin olması düşünülmür. Ola bilsin ki, yerləşdirmə test imtahanından fərqli keçirilsin".

O qeyd edib ki, hər tədris ilində təxminən 1000 vakant yer yaranır: "Yeni dəyişiklərlə keçirilməsi planlaşdırılan MİQ imtahanı ilə əlaqədar vakant yerlərin sayı məsələsinə də baxılacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Müəllim  





Xəbər lenti