Etibarsız müttəfiqlər: Avstraliya niyə Fransanın "kürəyinə bıçaq sancdı"?

      Etibarsız müttəfiqlər:   Avstraliya niyə Fransanın "kürəyinə bıçaq sancdı"?
  16 Sentyabr 2021    Oxunub:843
Fransa xarici işlər naziri Jan-İv Le Drian Avstraliyanın əleyhinə bəyanatla çıxış edib. Azvision.az xəbər verir ki, o, iki ölkə arasında sualtı qayıqlarla bağlı imzalanmış müqavilənin ləğv edilməsini kürəyə vurulan bıçaq zərbəsi kimi qiymətləndirib.
"Mən qəzəb içindəyəm. Müttəfiqlər belə davranış sərgiləmirlər. Qərar - birtərəfli, kobud, gözlənilməz idi ki, bu da Donald Trampın davranış tərzinə bənzəyir "-, Fransa XİN rəhbəri deyib.

Jan-İv Le Drian Parisin həm Avstraliyadan, həm də ABŞ-dan izahat gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, medianın "əsrin müqaviləsi" adlandırdığı məlum razılaşma iki ildir ki, müzakirə edilirdi. Lakin indi avstraliyalı tərəfdaşlara olan inam tamamilə pozuldu.



Qeyd edək ki, Avstraliya Fransadan sualtı gəmi alması ilə bağlı müqavilədən imtina edib. Dəyəri 56 milyard dollar olan həmin müqaviləyə görə Fransa bu ölkəyə 12 sualtı gəmi satmalı idi. Ancaq həmin gəmilər nüvə mühərrikləri əsasında işləməyəcəkdi. Əvəzində Vaşinqton Avstraliyaya müasir texnologiyalar təqdim edərək bu ölkəyə atom sualtı gəmi istehsalında yardım göstərəcək.

Avstraliyanın baş naziri Skot Morrison Fransa ilə müqavilədən imtinasını belə izah edib ki, bölgədə vəziyyət sürətlə dəyişir. Avstraliyanın Fransanı Amerika ilə əvəz etməsinin üstünlüyü anlaşılandır. Birincisi, Avstraliya sualtı gəmiləri öz ərazisində istehsal edəcək. Bu yeni iş yerləri və maliyyənin ölkədə qalmasıdır. İkincisi isə, həmin gəmilər Amerika texnologiyaları əsasında nüvə texnologiyasına əsaslanacaq.

Tural Tağıyev
Azvision.az



Teqlər: Avstraliya   Fransa   Müttəfiq   Müqavilə  





Xəbər lenti