Qarabağda Ermənistanın daha bir hərbçisinin meyiti tapılıb

Qarabağda Ermənistanın daha bir hərbçisinin meyiti tapılıb
  16 Sentyabr 2021    Oxunub:692
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun itkin düşmüş daha bir hərbçisinin meyitinin qalıqları tapılıb.
Azvision.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, hərbi qulluqçunun meyitinin qalıqları Azərbaycanın Füzuli rayonu ərazisində aşkarlanıb.

Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda meyiti aşkarlanan itkin erməni hərbçilərin sayı 1 668-yə çatıb.

Azvision.az


Teqlər: Hərbçi   meyit  





Xəbər lenti