"Üç qardaş - 2021” təlimində döyüş tapşırıqları icra edilib - VIDEO

 "Üç qardaş - 2021” təlimində döyüş tapşırıqları icra edilib -  VIDEO
  16 Sentyabr 2021    Oxunub:1206
Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir.
Müdafiə Nazirliyinə Azvision.az -a verilən məlumata görə, təlimin növbəti mərhələsində məhdud görmə şəraitində hava yolu ilə düşmən arxasına keçən xüsusi təyinatlı bölmələr gecə və gündüz, müxtəlif şəraitlərdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.

Qeyd edək ki, “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.



Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti