“Qarabağ” – “Bazel” matçı qolsuz bərabərliklə bitib

“Qarabağ” – “Bazel” matçı qolsuz bərabərliklə bitib
  16 Sentyabr 2021    Oxunub:1765
UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən “Qarabağ” – “Bazel” matçı qolsuz bərabərliklə bitib.
Azvision.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmanın hər iki hissəsində Ağdam təmsilçiləri hesabı açmaq üçün bir neçə qol vəziyyəti yaratsalar da, bundan istifadə edə bilməyiblər.

Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edib.

Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Kadi Borges, Toral Bayramov, Abbas Hüseynov, Kevin Medina və İbrahima Vadji meydana çıxıblar.
“Bazel”in ilk onbirliyində isə Haynts Linder, Eray Cömert, Andi Pelmar, Serxio Lopes Qalaçe, Raul Petretta, Pajtim Kasami, Darian Males, Vouter Burger, Artur Kabral, Valentin Stokker və Dan Ndoye yer alıblar.

Qeyd edək ki, H qrupunun digər oyununda – “Kayrat” – “Omoniya” matçında da qapılara qol vurulmayıb.

Azvision.az


Teqlər: Futbol  





Xəbər lenti