Pandemiya dövründə tələbələrə güzəşt edilməsi mümkündür – Nazirlik rəsmisi

 Pandemiya dövründə tələbələrə güzəşt edilməsi mümkündür –    Nazirlik rəsmisi
  17 Sentyabr 2021    Oxunub:1085
Təhsil Nazirliyi pandemiya şəraitində keçirilən tədris prosesində aşağı nəticə göstərən tələbələrin yüksək bal alması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Azvision.az xəbər verir ki, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli 2-3 adama baxıb, toplum haqqında fikir yürütməyin düzgün olmadığını vurğulayıb.

Nazirlik rəsmisi əlavə edib ki, əllərində bununla bağlı hər hansı ciddi faktlar yoxdur: "Ola bilsin qiymətlərdə hansısa dəyişiklik olub. Yaxud da dəyişikliyin mahiyyəti pandemiya şəraitinə görə tələbələrə edilən güzəştlərlə bağlıdır. Ona görə də ittiham etməmişdən əvvəl problemləri görməli, analiz etməli və çıxış yolları göstərməliyik. Müxtəlif dövlət qurumları da aidiyyəti məsələ ilə əlaqədar müvafiq araşdırmalara başlayıb. Biz artıq yeni metodologiyanın yaradılması üzərində düşünməliyik".

Aytən Zəhra
Azvision.az



Teqlər: Tələbə   Təhsil-nazirliyi  





Xəbər lenti