Mask tarixi missiyadan danışdı: "Ekipaj özünü yaxşı hiss edir"

   Mask tarixi missiyadan danışdı:    "Ekipaj özünü yaxşı hiss edir"
  17 Sentyabr 2021    Oxunub:1178
Amerikanın "SpaceX" şirkətinin baş direktoru İlon Mask "Inspiration4" missiyasının ekipaj üzvlərində hər şeyin qaydasında olduğunu söyləyib. Azvision.az xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində məlumat yayıb.
"Inspiration4"lə(ekipaj-red.) indicə əlaqə saxladım. Hər şey qaydasındadır"-,Mask yazıb.

"SpaceX" ilk mülki kosmik missiyanı reallaşdırdı
Sözügedən tarixi missiyanın öz səhifəsində isə, ekipajın orbitə çıxdıqdan sonra Yer ətrafında 15 -dən çox dövrə vurmaları barədə məlumat yayılıb.

Qeyd edək ki, "Inspiration4" missiyası orbitə "Dragon" kosmik gəmisi vasitəsilə göndərilib. Bu tarixi hadisə-yeni və fərqli ekipajın orbitə çıxarılması, turistik missiya ilə yadda qalıb. "Inspiration4" -ün heyəti iş adamı və missiyanın təşəbbüskarı Jared Ayzekman, pilot Sian Proktor, heyət həkimi Hayley Arseno və uçuş mühəndisi Kris Sembroskidən ibarətdir. Onların heç biri peşəkar astronavt deyil.

Tural Tağıyev
Azvision.az



Teqlər:   İlon-Mask   Ekipaj  





Xəbər lenti