"Peşə məktəbinə qəbul olunanların sayı ilbəil artır" - Direktor müavini

   "Peşə məktəbinə qəbul olunanların sayı ilbəil artır" -    Direktor müavini
  17 Sentyabr 2021    Oxunub:1523
2021-2022-ci tədris ilində 840 tələbənin yüksək texniki peşə səviyyəsi üzrə qəbul edilməsi planlaşdırılırdı və artıq yüksək texniki peşə səviyyəsi üzrə bütün yerlər dolub.
Azvision.az xəbər verir ki, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov bildirib. Onun sözlərinə görə, qəbulun 55 faizi Bakı, 45 faizi regionlarda yerləşən peşə təhsili müəssisələrinin payına düşür.

C.Kərəmov eyni zamanda deyib ki, hər il peşə təhsili müəssisələrinə qəbul olunanların sayı artır:

"2021-2022-ci tədris ilində peşə təhsili müəssisələrinə ayrılan plan yerlərinin sayı 16 faiz artıb. Ən çox tələb isə texniki peşələr üzrə olub (79 faiz)".

Aytən Zəhra
Azvision.az


Teqlər: Peşə  





Xəbər lenti