Xarici diplomların 24 faizi tanınmayıb

  17 Sentyabr 2021    Oxunub :502
   Xarici diplomların 24 faizi tanınmayıb
"Xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bu ilin 8 ayında 1900 müraciətə baxıb.
Azvision.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov deyib. O bildirib ki, müraciətlərin 76 faizinə müsbət, 24 faizinə mənfi cavab verilib.

İdarə Heyətinin sədri deyib ki, mart-iyun aylarında 24 məktəbdə pilot inspeksiyalar keçirilib:

"2021-2022-ci tədris ilində etibarən real inspeksiyalar başlanılacaq".

Aytən Zəhra
Azvision.az

Teqlər: Təhsil  







Xəbər lenti