Səhiyyə orqanlarının səlahiyyətlərindən biri AQTA-ya keçdi

  17 Sentyabr 2021    Oxunub :317
   Səhiyyə orqanlarının səlahiyyətlərindən biri AQTA-ya keçdi
Nazirlər Kabineti “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”də dəyişiklik edib.
Azvision.az xəbər verir ki, qüvvədə olan Əsasnaməyə əsasən, məktəbəqədər xüsusi təhsil müəssisələrində uşaqların ərzaq məhsulları ilə təminatmı və iaşə xidmətini yerli icra hakimiyyəti orqanları təmin edir, yeməyin keyfiyyətinə dövlət nəzarətini səhiyyə orqanları həyata keçirir.

Dəyişikliyə əsasən, yeməyin minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqan dəyişib. Səhiyyə orqanlarının bu sahədə səlahiyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) həvalə edilib.

Azvision.az

Teqlər:







Xəbər lenti