Azərbaycanın valyuta ehtiyatları rekord səviyyəyə çatıb

   Azərbaycanın valyuta ehtiyatları rekord səviyyəyə çatıb
  17 Sentyabr 2021    Oxunub:1239
Azərbaycanın strateji valyuta ehtiyatları 8 ayda 4,8% (2,4 mlrd. ABŞ dolları) artaraq 53,2 mlrd. ABŞ dolları səviyyəsinə yüksəlib.
Azvision.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10,6% artaraq 7 mlrd. ABŞ dollarını üstələyib.

Qeyd edilir ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondu tərəfindən SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynayıb.

Azvision.az


Teqlər:





Xəbər lenti