"Rusiya ABŞ üçün Çindən daha böyük təhlükəyə çevrilə bilər" - Pentaqon rəsmisi

  18 Sentyabr 2021    Oxunub :423
"Rusiya ABŞ üçün Çindən daha böyük təhlükəyə çevrilə bilər" -    Pentaqon rəsmisi
"Rusiya qısa müddət ərzində ABŞ-a Çindən daha böyük təhlükə yarada bilər".
Azvision.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti ölkənin müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kola istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya Qərb ölkələrini qarışdırmaq cəhdləri də daxil olmaqla dünyadakı qlobal təsirini artırmağa çalışan getdikcə daha iddialı bir rəqibə çevrilir.

"Rusiyanın davranışı - Avropa, Asiya, Yaxın Şərq və kiberməkanda - ABŞ və müttəfiqləri üçün əsas problemdir. Moskva çox tez-tez şəffaflığı pozur, məqsədlərinə çatmaq üçün hərbi gücdən istifadə edir. ABŞ Rusiyanın NATO-nun şərq cinahında və Qara dəniz bölgəsindəki hərbi fəaliyyətini yaxından izləməyə davam edir", - Kol deyib.

Əlavə edib ki, Moskva davranışını dəyişsə, Qərblə konstruktiv dialoqu bərpa etmək istəsə, qapı açıq olacaq.

Azvision.az

Teqlər: ABŞ   Rusiya  







Xəbər lenti