Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirildi

 Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirildi
  18 Sentyabr 2021    Oxunub:2878
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub.
Azvision.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlmatında deyilir. Qeyd olunub ki, sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Azvision.az


Teqlər: DİN   Prokururluq  





Xəbər lenti