"Gəmi böhranı"ı böyüyür: Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırdı

      "Gəmi böhranı"ı böyüyür:   Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırdı
  18 Sentyabr 2021    Oxunub:1369
Fransa ABŞ və Avstraliyadakı səfirlərini təcili şəkildə geri çağırıb. Azvision.az xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-İv Le Drian məlumat verib.
Səfirlərin məsləhətləşmələr üçün Parisə çağırılmasına səbəb Avstraliyanın sualtı gəmilərin tədarükü ilə bağlı milyardlarla dollarlıq müqaviləni pozmasıdır.

Le Drian Avstraliya və Fransanın 2016 -cı ildən bəri həyata keçirdiyi sualtı qayıqlarla bağlı layihələrdən imtina etməsini müttəfiqlər və tərəfdaşlar arasındakı münasibətlərdə qəbuledilməz hərəkət kimi qiymətləndirib.

Qeyd edək ki, ABŞ və İngiltərə, yeni "AUKUS" bloku çərçivəsində Avstraliyaya özünün nüvə sualtı donanmasını yaratmağa kömək edəcəyini vəd edib.

Nəticədə, Avstraliya Fransa ilə bağlanmış 56 milyard avro dəyərində olan və 12 sualtı qayığının tədarükünü nəzərdə tutan müqaviləni pozub. Rəsmi Paris müttəfiqlərin bu addımını "kürəyə sancılan bıçaq" adlandırıb.

Tural Tağıyev

Azvision.az



Teqlər: ABŞ   Avstraliya   Paris   Sualtı-qayıq   Müttəfiq  





Xəbər lenti