Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Özbəkistana keçdi

  18 Sentyabr 2021    Oxunub :215
Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Özbəkistana keçdi
Tacikistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley zirvə görüşündə bu təşkilata sədrlik Özbəkistana keçib.
Azvision.az xəbər verir ki, görüşdə ŞƏT-in üzvü olan dövlətlərin rəhbərləri, müşahidəçi ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə ŞƏT-in 20 il ərzində əsas fəaliyyəti, təşkilatın qarşısında duran prioritet vəzifələr, çoxplanlı əməkdaşlığın genişləndirilməsi, qlobal və regional məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Zirvə görüşündə ŞƏT-ə sədrlik 2020-2021-ci illərdə Özbəkistana keçib. Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.

Azvision.az

Teqlər: ŞƏT   Azərbaycan  







Xəbər lenti