Türkiyə hərbi dəniz təlimlərinə başlayıb

  18 Sentyabr 2021    Oxunub :211
Türkiyə hərbi dəniz təlimlərinə başlayıb
Türkiyə Silahlı Qüvvələri Egey və Şərqi Aralıq dənizlərində “Qətiyyət-2021” təlimlərinə start verib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Egey və Şərqi Aralıq dənizlərində keçiriləcək “Qətiyyət-2021” təlimləri başladı. Təlimlər çərçivəsində Türkiyənin Quru, Hərbi Dəniz və Hərbi Hava Qüvvələri, eləcə də Sahil Mühafizəsi Komandanlığına aid texnikanın qarşılıqlı fəaliyyətinin, qarşılıqlı dəstək imkanlarının sınaqdan keçirilməsi planlaşdırılır”.

Azvision.az

Teqlər:







Xəbər lenti