"Rusiyanın köməyini yüksək qiymətləndiririk" - Paşinyan

"Rusiyanın köməyini yüksək qiymətləndiririk" -  Paşinyan
  20 Sentyabr 2021    Oxunub:802
“Ermənistan Rusiyanın demarkasiya və delimitasiya məsələlərində göstərdiyi köməyi yüksək qiymətləndirir”.
Azvision.az xəbər verir ki, bu barədə İrəvanda keçirilən Ermənistan-Rusiya biznes forumunda baş nazir Nikol Paşinyan deyib.

"9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq regional kommunikasiyaların açılmasını çox vacib hesab edirəm. Strateji müttəfiqimiz olan Rusiyadan bu gündəliyin irəli sürülməsi, sərhədlərin delimitasiyası və demarkasiyası və sülh prosesinin bərpası sahəsində aldığımız dəstəyi yüksək qiymətləndiririk. Biz başa düşürük və bəyan edirik ki, bu problemlərin həlli üçün Rusiyanın konstruktiv yanaşması çox vacibdir ”, - deyə o bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Ermənitan  





Xəbər lenti