Yolu azan iki erməni geri qaytarıldı

  20 Sentyabr 2021    Oxunub :450
  Yolu azan iki erməni geri qaytarıldı
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan tərəfinin iki mülki ermənini geri qaytarması ilə bağlı məlumat yayıb.
Azvision.az xəbər verir ki, məlumatda deyilir:

"18 sentyabr 2021-ci il tarixdə yolu azaraq, Qubadlı rayonunun Eyvazlı kəndi ərazisindən Azərbaycan tərəfə keçən Ermənistan vətəndaşları, mülki şəxslər – 19.02.1986-cı il təvəllüdlü Akopyan Hakop Zaveni və 05.06.2001-ci il təvəllüdlü Sarkisyan Aram Qraçiqinin Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 19 sentyabr 2021-ci ildə Ermənistana qaytarıllb".

Azvision.az

Teqlər: Dövlət-Komissiyası  







Xəbər lenti