Zelenski BMT-də Krım məsələsini qaldıracaq

  20 Sentyabr 2021    Oxunub :281
 Zelenski BMT-də Krım məsələsini qaldıracaq
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, Nyu -Yorkda keçirilən BMT Baş Assambleyasının iclasında Ukrayna prezidenti Vlodomir Zelenskinin Krım məsələsini qaldırmaq planlarından danışıb.
Bu barədə Azvision.az “TASS”a istinadən xəbər verir.

“Krım dövlətimiz və diplomatiyamız üçün bir nömrəli məsələdir. BMT baş katibi ilə bu mövzuda asan söhbət olmayacaq, çünki biz BMT -nin Krım məsələlərində daha çox iştirakını görmək istəyirik”, deyə, diplomat qeyd edib.

Onun sözlərinə görə, Zelenski BMT və NATO-nun baş katibləri, bir neçə önəmli dövlətin rəhbərləri ilə, həmçinin xarici investorlar ilə görüşəcək.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Krım   Rusiya  







Xəbər lenti