Britaniyanın keçmiş baş naziri səfir oldu

  20 Sentyabr 2021    Oxunub :326
Britaniyanın keçmiş baş naziri səfir oldu
Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braun Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qlobal Sağlamlığın Maliyyələşdirilməsi üzrə səfiri təyin edilib.
Azvision.az xəbər verir ki, bu barədə məlumat təşkilatın saytında yer alıb. Braun xüsusən G20 və G7 ölkələrində, beynəlxalq səviyyədə davamlı qlobal sağlamlıq maliyyələşdirilməsinə böyük ehtiyac barədə məlumatlılığı artırmaq üçün ÜST -nin işini inkişaf etdirəcək və dəstəkləyəcək.

Qordon Braun 2007-2010 -cu illərdə İngiltərə hökumətinə rəhbərlik edib. 2010 -cu ildə Leyborist ümumi parlament seçkilərində məğlub olur və 13 ildən sonra ilk dəfə hakimiyyəti Mühafizəkarlar partiyasına təhvil verir.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: ÜST  







Xəbər lenti