Keçmiş məhkum narkotik satarkən saxlanılıb

  21 Sentyabr 2021    Oxunub :230
Keçmiş məhkum narkotik satarkən saxlanılıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qasımov narkotik vasitə satarkən saxlanılıb.
Daxili İşlər Nazirliyin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı onun üzərindən 25 qram heroin, 6 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq M.Qasımovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb. Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: DİN  







Xəbər lenti