Bakıda evdən 20 minlik oğurluq olub

Bakıda evdən 20 minlik oğurluq olub
  21 Sentyabr 2021    Oxunub:523
Bakıda mənzildən qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşları daxil olan məlumat əsasında birgə əməliyyat keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da rayon ərazisindəki evlərin birindən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əzimov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti