"AUKUS NATO-nun analoqudur" - Patruşev

"AUKUS NATO-nun analoqudur" -    Patruşev
  21 Sentyabr 2021    Oxunub:1358
"ABŞ Asiya-Sakit okean bölgəsində Rusiya və Çinlə üz-üzə gəlmək üçün Dördtərəfli Təhlükəsizlik Dialoqunu (Yaponiya, Hindistan və Avstraliyanın da daxil olduğu - QUAD) genişləndirmək istəyir".
Azvision.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Onun sözlərinə görə, əslində QUAD NATO-nun Asiya analoqunun prototipidir.

Patruşev əlavə edib ki, yeni yaradılan AUKUS bloku (ABŞ, Böyük Britaniya və Avstraliya) da Rusiya Federasiyası və Çinə qarşı yönəldilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   AUKUS  





Xəbər lenti