Braziliya Prezidenti COVID pasportlarına qarşı

 Braziliya Prezidenti  COVID pasportlarına  qarşı
  21 Sentyabr 2021    Oxunub:959
Braziliya Prezidenti Jair Bolsonaru koronavirusa qarşı peyvənd edilməmiş insanların sərbəst hərəkətinin məhdudlaşdırılmasına qarşı çıxıb. Azvision.az xəbər verir ki, Braziliya Prezidenti bunu BMT Baş Assambleyasının 76-cı sessiyasında deyib.
Braziliyada vaksinasiya bu ilin yanvarın 18-də başlayıb. Bu günə qədər Səhiyyə Nazirliyi "AstraZeneca", "Pfizer", "BioNTech", "Johnson & Johnson" şirkətinə məxsus 267,6 milyon dozadan çox dərman paylanılıb.

Rəsmi statistikaya görə, ölkənin yetkin əhalisinin yarıdan çoxu iki dəfə vaksin olunub.

Azvision.az



Teqlər: Braziliya   Covid-19  





Xəbər lenti