Aprel şəhidlərinin "birinci" olan övladları - FOTOLAR
Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Milli Qəhrəman Samid İmanovun qızı Fidan İmanova Müasir İnnovasiyalar Liseyinin şagirdi olacaq.
Azərbaycan Hərbi Hava Qüvvələrinin şəhid pilotu, mayor Urfan Vəlizadənin qızı Betül Vəlizadə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində oxuyacaq.
Azərbaycan Silhalı Qüvvələrinin mayoru Vaqif Bayramovun oğlu Ümid Bayramlı Gəncə şəhərində 44 nömrəli tam orta məktəbdə birinci olacaq.
Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Elnur İsgəndərovun oğlu Elman İsgəndərli Şəki şəhərində 8 saylı tam orta məktəbdə şagird olacaq.
Xüsusi Təyinatlı Qüvvələrin giziri Tural Qurbanovun qızı Zəlihə Qurbanlı Avropa Azərbaycan Məktəbində təhsil alacaq.
Silhalı Qüvvələrin baş leytenantı Nurid Abdullayevin oğlu Ümid Abdullayev Sumqayıt şəhərində İdrak liseyində oxuyacaq.
2015-ci ildə Tərtər istiqamətində şəhid olan gizir İlqar Muradovun qızı İlqarə Muradova Avropa Azərbaycan Məktəbində təhsil alacaq.
Şahanə Rəhimli
Aytən Zəhra
Teqlər: Aprelşəhidi Birincilər