Bu gün 150 mindən çox şagird üçün "İlk zəng" çalındı - FOTOLAR +VİDEO

   Bu gün 150 mindən çox şagird üçün    "İlk zəng" çalındı -  FOTOLAR +VİDEO
  22 Sentyabr 2021    Oxunub:2829
Bu gündən respublikanın bütün ümumtəhsil məktəblərində əyani tədris bərpa olunur. Uzun fasilədən sonra şagirdlər artıq həftənin beş günü məktəbə gedəcəklər. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.

Azvision.az Sumqayıt şəhəri Polad Həşimov adına 28 saylı tam orta məktəbdən ilk dərs günü ilə bağlı fotoreportajı və Bakıdakı 46 nömrəli məktəbdən videoreportajı təqdim edir:















Digər şəkillərə fotolentdə baxa bilərsiniz

Aytən Zəhra
Foto: Anar Bayramlı
VİDEO: Əhməd Xəlilov

Azvision.az

Qalereya




Teqlər: Məktəb   İlk-zəng  





Xəbər lenti