İrəvan rus dronlarının icarəsinə 110 min dollar xərcləyib

  22 Sentyabr 2021    Oxunub :320
  İrəvan rus dronlarının icarəsinə    110 min dollar    xərcləyib
Dünən Ermənistanda müstəqillik günü qeyd edilib. Azvision.az xəbər verir ki, erməni cəmiyyəti hökumətin bayramı genişmiqyaslı tədbirlərlə qeyd etməsinə qarşı çıxıb.
Bu gün yerli medianın yazmasına görə, İrəvan rəhbərliyi bayram tədbirləri üçün yersiz xərclərə yol verib.

"Ötənilki müharibədə məğlubiyyətdən sonra ölkədə bayram əhvalı qalmayıb. Bir neçə günə İkinci Qarabağ müharibəsinin bir ili tamam olur. Müharibədə ölən və itkin düşən minlərlə əsgərimizin ölümündən də heç bir il keçməyib. Belə bir vəziyyətdə atəşfəşanlıqla, rəngarəng bayram keçirmək insanlarda qıcıq yaratdı. Dünən hökumət "rəngarəng" bayram- işıq şousu üçün üçün Rusiyadan xüsusi dronlar sifariş edilib.

Ermənisayağı "müstəqillik": 30 illik suverenliyin sonu çatıb?
Əldə etdiyimiz məlumatlara görə, bu dronlar olduqca bahalı cihazlardır. Onların 10 dəqiqəlik kirayə haqqı 110 min dollara başa gəlir. Əlavə olaraq, bu dronları işçilər də Rusiyadan gəlmişdi, bu heyətin otel xərcləri və s. məsələləri bizimkilər öz boynuna götürüb"-, yerli media yazıb.



"5165" hərəkatının lideri Karin Tonoyan da hökuməti qınayıb. O, hakimiyyətdə olanların hansı üzlə belə bir geniş bayram keçirdiyini sual edib.

-Mən rəngarəng dronlara Yerablurdan baxdım. Sonra isə oğullarımızın məzarlarına tamaşa etdim. Bu dronlarla müharibədə nə qədər can qurtara bilərdik. Siz yenə deyəcəksiniz ki, həmin vaxt pulumuz olmayıb. Amma nə vicdan, nə ruh, nə də mərhəmət var idi...

Qeyd edək ki, sentyabrın 21-də Ermənistanda müstəqillik günü qeyd edilib. Baş nazir Nikol Paşinyan bayram gününün geniş və rəngarəng şəkildə qeyd edəcəyini bəyan etdikdən sonra ölkədə bir sıra etiraz aksiyaları keçirilmişdi. Onlar ikinci Qarabağ müharibəsində Azərbaycan ordusu tərəfindən məhv edilən işğalçı ordunun hərbçilərinin ruhuna hörmət tələb ediblər.

Tural Tağıyev
Azvision.az

Teqlər:   Ermənistan   Bayram  







Xəbər lenti