Rusiya göyünün qaralığı: Təyyarələr niyə yarpaq kimi tökülür?

  22 Sentyabr 2021    Oxunub :728
Rusiya göyünün qaralığı: Təyyarələr niyə yarpaq kimi tökülür?
Son bir neçə ay ərzində Rusiyada dəfələrlə təyyarə qəzaları baş verib. Bunların arasında həm sərnişin, həm də hərbi nəqliyyat təyyarələri olub.
Azvision.az xəbər verir ki, sonuncu belə hadisə bu gün Xabarovsk diyarında qeydə alınıb. An-26 təyyarəsi radarlardan itib. Məlumata görə, təyyarədə altı nəfər var.

Ən çox insan itkisininn qeydə alındığı qəzalardan biri bu ilin iyul ayında Kamçatka diyarında baş verib.



Petropavlovsk-Kamçatsk şəhərindən Kamçatka diyarının Koryak dairəsinin Palana qəsəbəsinə uçan “An-26” təyyarəsinin qəzaya uğraması nəticəsində 22 sərnişin və 6 heyət üzvünün hamısı həlak olub. Səbəb kimi isə pilotun eniş zamanı yolu qısaltmaq üçün qeyri-rəsmi naviqatordan istifadə etməsi və nəticədə təyyarənin qaya ilə toqquşması göstərilib.

Bu il 12 avqustda Kamçatkada Mi-8 helikopteri Kuril gölünə düşüb. Helikopterin göyərtəsində üç ekipaj üzvü, on iki sərnişin və bir uşaq olub. Onların arasında Moskvadan və Sankt-Peterburqdan olan turistlər də var idi. Kiçik bir möcüzə baş verir və səkkiz sərnişin doqquz metr dərinlikdən çıxmağa müvəffəq olur.



Avqustun 17-də İl-112V hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb, üç ekipaj üzvü həlak olub. Qəza Moskva vilayətində İl-112V-nin təlim uçuşu həyata keçirən zaman baş verib.

Avqustun 18-də Həştərxan vilayətində gecə uçuşu zamanı MiG-29 qırıcısı 400 metr yüksəklikdən təlim uçuşu həyata keçirib. Qırıcının yeganə pilotu həlak olur.

Avqustun 23-də isə Rusiyada özəl amfibiya təyyarəsi qəzaya uğrayıb. Təyyarə Moskva çayına düşüb. İlkin məlumata görə, ölən və ya xəsarət alan yoxdur. Qəzanın pilotun səhvi ucbatından baş verdiyi ehtimal edilir.

Avqustun 27-də Rusiyanın Perm şəhərində Su-24 təyyarəsi qəzaya uğrayıb, pilotlar katapult ediblər. Məlumata görə, təyyarə təmir üçün aviasiya təmiri müəssisəsinə aparılarkən qəzaya uğrayıb və meşə zolağına düşüb.



Bu il 12 sentybarda İrkutsk vilayətində “L-410” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. Onlardan ikisi sərnişin, iki nəfər isə pilot olub.



13 sentyabr 2021-ci ildə Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə Belqorod vilayətində qeydə alınıb. Qəza nəticəsində pilot ölüb.

Belqorod vilayətində, Bexteyevka və Sokolovka kəndləri arasında yüngül mühərrikli təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Onun göyərtəsində bir pilot olub və o da ölüb.ıb.



Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Təyyarə   Qəza  







Xəbər lenti