Azərbaycan vaksinasiya səviyyəsinə görə MDB -də liderdir

  22 Sentyabr 2021    Oxunub :484
   Azərbaycan vaksinasiya səviyyəsinə görə  MDB -də liderdir
Azərbaycan vaksinasiyanın səviyyəsinə görə MDB məkanında liderdir.
Azvision.az xəbər verir ki, bunu "Financial Times"in araşdırması göstərir.

Araşdırmaya görə, ilk üçlüyə Azərbaycandan sonra Qazaxıstan və Rusiya daxildir.

Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə cari ilin yanvarın 18-də start verilib. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 43 min 423, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 636 min 579, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 406 min 844 nəfər təşkil edir.

Azvision.az

Teqlər: Azərbaycan   Vaksin  







Xəbər lenti