İsmayıllıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub

  22 Sentyabr 2021    Oxunub :263
İsmayıllıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
İsmayıllıda şəhər 3 saylı məktəb liseyində şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.
Azvision.az xəbər verir ki, pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimdə şəhid ailələri, Rayon icra hakimiyyətinin başçısı, RİH-nin məsul işçiləri, RTŞ-nin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən rayon rəhbəri ötən il sentyabrın 27-də başlanan və tarixə “44 günlük müharibə” kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Hər iki müharibədə bir məktəbdən 15 məzunun qəhrəmancasına şəhid olmasını vurğulayan RİH başçısı bu qəhrəmanları yetişdirən valideyinlərə və müəllimlərə minnətdarlıq edib və məktəbin təhsildə göstərdiyi uğurlarla yanaşı bu qəhrəmalığına görə də respublikada ön sıralarda olduğunu bildirib.

Şəhidlərin xatirəsinə inşa edilən kompleksdə həm Birinci, həm də İkinci Qarabağ müharibəsində məktəbin məzunu olan 15 qəhrəman şəhidin rəsmi vurulub. Kompleksdə şəhidlər haqqında məlumatları əks etdirən monitor quraşdırılıb.

Tədbirdə çıxış edən şəhid anaları şəhidlərimizlə qürur duyduqlarını bildiriblər. Həmçinin qeyd edilib ki, qəhrəmanlar Vətən yolunda şəhadətə yüksələrək gələcək nəsillər üçün örnəkdirlər.
Məktəblilər hazırladıqları kompozisiyanı təqdim ediblər.
Sonda tədbir iştirakçıları məktəbdə şəhid müəllim Famil Əhmədzadənin yaratdığı tarix müzeyinə baxış keçirib. Rayon rəhbəri yeni dərs ilinə başlayan müəllim və şagirdlərlə görüşüb.









Azvision.az

Teqlər: İsmayıllı   Abidə  







Xəbər lenti