Paralimpiya yığmalarına baş məşqçilər təyin olunub

  23 Sentyabr 2021    Oxunub :282
Paralimpiya yığmalarına baş məşqçilər təyin olunub
Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıqla əlaqədar Azərbaycanın paralimpiya yığmalarına yeni baş məşqçilər təyin olunub.
Milli Paralimpiya Komitəsindən Azvision.az -a verilən məlumata görə, qurumun prezidenti İlqar Rəhimovun əmri ilə 2021 - 2024-cü illər üzrə aşağıdakı təyinatlar gerçəkləşib:

1. İbrahimov İbrahim Eldar oğlu - kişi cüdoçulardan ibarət milli komanda
2. İbrahimov Ramin İbrahim oğlu - qadın cüdoçulardan ibarət milli komanda
3. Panyutin Oleq Viktoroviç- atletika üzrə milli komanda
4. Culfayev Alavərdi Abasoviç - üzgüçülük üzrə milli komanda
5. İbişov İlqar Əsgər oğlu - pauerliftinq üzrə milli komanda
6. Abdullayev Yusif İnqlab oğlu - güllə atıcılığı üzrə milli komanda
7. Abbasov İlqar Əziz oğlu - kamandan oxatma üzrə milli komanda
8. Tağızadə Fərid Əvəz oğlu - para-taekvondo üzrə milli komanda
9. Abdullayev Zahir Abdulla oğlu - qolbol üzrə milli komanda
10. Məhərrəmov İlham Nadir oğlu - boccia üzrə milli komanda
11. Qubuşova Ruqiyyə Heydər qızı - stolüstü tennis üzrə milli komanda
12. Məlikov Asəf Adil oğlu - qılıncoynatma üzrə milli komanda
13. Həsənquliyev Amid Umud oğlu - para-velosiped idman növü üzrə milli komanda
14. İsmayılov Məhəmməd Sahib oğlu - qış idman növləri üzrə milli komanda

Qeyd edək ki, Paris paralimpiadası 2024-cü il 28 avqust - 8 sentyabrda keçiriləcək.

Azvision.az

Teqlər: Paralimpiya  







Xəbər lenti