Vergi cərimələrinin bir hissəsinin YAŞAT-a köçürülməsi təklif olunur

  23 Sentyabr 2021    Oxunub :245
   Vergi cərimələrinin bir hissəsinin YAŞAT-a köçürülməsi təklif olunur
Vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsi YAŞAT Fonduna köçürülməsi təklif olunur.
Azvision.az -ın məlumatına görə, bu, Milli Məclisin plenar sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılacaq “Vergi Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişiklik vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsinin dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar, o cümlədən YAŞAT Fonduna köçürülməsi üçün hüquqi imkanların yaradılmasını özündə ehtiva edir.

Azvision.az

Teqlər: YAŞAT  







Xəbər lenti