İran FHN-i ermənilərə kömək edib?

   İran FHN-i ermənilərə kömək edib?
  23 Sentyabr 2021    Oxunub:1463
"İranlı yanğınsöndürənlər Sünikin (Zəngəzur -red.) Mehri bölgəsindəki "Arkik" Milli Parkı ərazisində baş verən yanğınların söndürülməsində iştirak etməyib".
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, mətbuatda bununla bağlı yayılan məlumatlar həqiqətə uyğun gəlmir.

"Hazırda Ermənistan tərəfinin yanğının söndürülməsində köməyə ehtiyacı yoxdur. Lakin lazım gələrsə iranlı dostlar köməyə yetişərlər"-,nazirliyin məlumatında deyilir.

Qeyd edək ki, sosial mediada Ermənistan ərazisində baş verən yanğınlar zamanı iranlı yanğınsöndürənlərin köməyə gəlməsini əks etdirən video yayılıb.
Görüntülərdə sentyabrın 21 -də ölkənin Cənub Gömrüyü yaxınlığında baş verən yanğın əks olunub.

Tural Tağıyev
Azvision.az



Teqlər: İran   Ermənistan   Yanğın  





Xəbər lenti