Anım Günü şəhidlərin ruhuna dualar oxunacaq

  23 Sentyabr 2021    Oxunub :292
   Anım Günü şəhidlərin ruhuna dualar oxunacaq
Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq.
Bu barədə Azvision.az -a Təşkilat Komitəsindən bildirilib.

Verilən məlumata görə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Azvision.az

Teqlər: Anım-günü  







Xəbər lenti