Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Ərdoğanla görüşüb

  23 Sentyabr 2021    Oxunub :251
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Ərdoğanla görüşüb
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri BMT-nin Baş Assambleyası çərcivəsində Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri Binəli Yıldırımla görüş keçiriblər.
Mərkəzdən Azvision.az -a bildirilib ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Grabar-Kitaroviç, Bolqarıstanın sabiq Prezidenti cənab Rozen Plevneliyev, Bosniya və Herseqovinanın sabiq Prezidenti cənab Mladen İvaniç, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi Rövşən Muradov, Baş Katib müavini İlahə İbrahimli və Toğrul Əkbərli iştirak edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Mərkəzin təşkil etdiyi XXI Ali Səviyyəli toplantı, VIII Global Bakı Forumu və Mərkəzin sülh, təhlükəsizlik, Peoples Vaccine, Qərbi Balkanlar kimi layihələri haqqında fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər:







Xəbər lenti